İctimai Wi-Fi vasitəsi ilə bu saytlara daxil olmayın – Məlumatlarınız oğurlanırbackend

İctimai Wi-Fi vasitəsi ilə bu saytlara daxil olmayın – Məlumatlarınız oğurlanır

Maliyyə xidmətlərinə, poçt qutularına və sosial şəbəkələrə daxil olmaq, həmçinin onlayn alış-veriş etmək üçün ictimai Wi-Fi-dan istifadə etmək tövsiyə edilmir. Hakerlər asanlıqla məlumatlarınızı əldə edə bilər.

Hokm.az xəbər verir ki, bu barədə RİA Novosti agentliyi mütəxəssislərə istinadən məlumat yayıb.

Ayrıca mobil bankçılıq da daxil olmaqla, müxtəlif xidmətlər və tətbiqetmələrə etimadnamənizi daxil etməməlisiniz.

“Kafelərdə istifadə edən Wi-Fi şəbəkələri də ümumiyyətlə trafiki şifrələmir. Bu o deməkdir ki, kibercinayətkarlar eyni giriş nöqtəsinə qoşularaq istifadəçinin şəxsi məlumatlarına çıxış əldə edə bilərlər”. “Kasperski Laboratoriyası”nın kibertəhlükəsizlik üzrə eksperti Dmitri Qalov belə deyib.

Onun sözlərinə görə, hakerlər http protokolu üzərindən ötürülən trafikləri təhlil edə, həmçinin istifadəçiləri fişinq mənbələrinə və ya zərərli məzmunlu saytlara yönləndirə bilərlər.

Mütəxəssislər həmçinin əlavə edib ki, ictimai Wi-Fi şəbəkədən yalnız ümumi məlumat – qatarların cədvəli, hava şəraiti, xəbərlər və başqa axtarış üçün istifadə edilə bilər.(konkret.az)

  •  (0)
  •  (0)