İctimai nəqliyyatın fəaliyyəti ilə bağlı YENİ QƏRAR: yanvarın 31-dək…backend

İctimai nəqliyyatın fəaliyyəti ilə bağlı YENİ QƏRAR: yanvarın 31-dək…

Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli qərarında dəyişiklik edilib.

Hokm.az xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Azərbaycanda yaranmış sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq qəbul edilən qərara əsasən, 2021-ci ilin aşağadakı günlərində bütün ölkə üzrə ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.

 

– 2 yanvar saat 00:00-dan 4 yanvar saat 06:00-dək;
– 9 yanvar saat 00:00-dan 11 yanvar saat 06:00-dək;
– 16 yanvar saat 00:00-dan 18 yanvar saat 06:00-dək;
– 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək;
– 30 yanvar saat 00:00-dan 31 yanvar saat 06:00-dək
bütün ölkə üzrə ictimai nəqliyyatın hərəkəti dayandırılır.

Bu Qərar 2020-ci il 28 dekabr tarixindən qüvvəyə minir.

Nazirlər Kabinetinin başqa bir Qərarına əsasən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkilinin təmin edilməsi barədə qərarın müddəti 2021-ci ilin yanvarın 31-dək uzadılır.

  •  (0)
  •  (1)