Rusiyanın Voronej vilayətinin Ramonsk rayonunda xidməti avtomobildə baş verən partlayış nəticəsində başçı Nikolay Frolov yaralanıb.
Hokm.az Report-a istinadən xəbər verir ki, başçı hospitalın reanimasiya bölməsinə yerləşdirilib.
Bildirilib ki, Nikolay Frolov avtomobilin qapısını açarkən partlayış baş verib. Hadisə yerində müstəntiqlər araşdırma aparır.
O, 2018-ci ilin fevralından Ramonsk rayonuna başçılıq edir. 

















