Prodüsser Tarix Əliyev “İnstagram” hesabında Şəmkirin icra başçısı Alimpaşa Məmmədovun karantin qaydalarını kobudcasına pozaraq “Qəsr” restoranında iş adamlarına ziyafət məclisi təşkil etməsi ilə bağlı video paylaşıb.
Hokm.az Adalet.az-a istinadən xəbər verir ki, prodüsser “Kasıba olmaz, icra başçısına olar” cümləsi ilə videoya ironiyalı münasibət bildirib.
Prodüsser Tarix Əliyevin paylaşımına Roza Zərgərlinin reaksiyası da sərt olub: “Mən Şəmkirliyəm və bu insanın özbaşınalığı tək bu olmayıb. Keçmişdə və qarşıda nələr var, nələr?!”
















