İcra başçısı özünə yeni müavin TƏYİN ETDİbackend

İcra başçısı özünə yeni müavin TƏYİN ETDİ

Zərdab rayon İcra Hakimiyyətində (RİH) yeni təyinat olub.

Hokm.az Unikal.org-a istinadən xəbər verir ki, RİH-nin başçısı Mərdan Camalzadənin əmri ilə, Veyisova Xəyalə Qiyas qızı Zərdab RİH-nin başçısının müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, o, daha öncə həmin şöbənin baş məsləhətçisi vəzifəsinə çalışıb.

  •  (0)
  •  (0)