“İcra başçısı olmayan rayonlardan şikayət daxil olmur” – Fazil Mustafabackend

“İcra başçısı olmayan rayonlardan şikayət daxil olmur” – Fazil Mustafa

“Hansı rayonlarda icra başçısı yoxdur, vəfat edib, ya həbs olunub, həmin rayonlardan şikayət daxil olmur”. 

Hokm.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, deməli, həmin rayonların icra hakimiyyətinin binaları rayona təyin olunan icra başçılarından daha yaxşı idarə edir.

O, qeyd edib ki, Azərbaycanda xeyli sayda lazımsız qurumlar var: “Bunları aşkara çıxarıb, ixtisara salınması məsələsini həll etmək üçün xüsusi komissiya yaratmaq lazımdır. Lazımsız ştatların sayı müəyyən edilməldir. Bir sıra qurumlar yaradılır, sonra ləğv edilir və ya başqa tabeçiliyə verilir. BNA, TƏBİB, ABAD, DOST və başqa qurumların vəziyyəti ilə bağlı nəticələrin araşdırılmasına ehtiyac var”.

Fazil Mustafa eyni zamanda vurğulayıb ki, Sumqayıtda, Gəncə və Bakıda yüzlərlə müəssisəsələr özəlləşdirilib: “İndi onların əksəriyyəti xaraba qalıb. Ya sahibkarın pulu yoxdur, ya da kredit faizləri çox yüksəkdir. Ona görə də bu məsələ öz həllini tapmalıdır”.

  •  (0)
  •  (1)