İcazəsiz namaz qılanlar CƏRİMƏLƏNƏCƏKbackend

İcazəsiz namaz qılanlar CƏRİMƏLƏNƏCƏK

Kəbədə icazəsiz namaz qılanlar cəzalandırılacaqlar.

Hokm.az xəbər verir ki, Səudiyyə Ərəbistanın Daxili İşlər Nazirliyi Ramazan ayında Məscidül-Hərama qəbul şərtlərinin əksinə olaraq Ümrə ziyarəti edənlərin və Məscidül-Həramda icazəsiz namaz qılmağa cəhd edənlərin cərimələnməsinə qərar verib.

Nazirliyin verdiyi açıqlamada Ramazanda hər hansı icazəsi olmadan Ümrə ziyarəti edərkən yaxalananların 10 min rial (4500 azn), Məscidül-Hərama qanunsuz girməyə çalışanların isə min rial (450 manat) məbləğində cərimə ediləcəyi bildirilib.

Bu qərarın yeni növ koronavirusun yayılmasının qarşısını almaq məqsədilə atılan profilaktik tədbirlərə uyğun olaraq qəbul edildiyini vurğulayan nazirlik, Ümrə və Məscidül-Hərama gedən bütün yollarda ciddi nəzarət tədbirlərinin tətbiq ediləcəyini açıqlayıb.Sfera.az
 

  •  (0)
  •  (0)