“İcazə verin sonuncu dəfə üzünü görüm…”- BBC-nin Gəncədəki reportajıbackend

“İcazə verin sonuncu dəfə üzünü görüm…”- BBC-nin Gəncədəki reportajı

BBC -nin müxbiri ermənilərin mülkü əhalini hədəf aldığı Gəncədən reportaj hazırlayıb.

Hokm.az Sonxeber.az-a istinadən xəbər verir ki, reoptajda dağıntılar altında qalan qadın yalvararaq “İcazə verin sonuncu dəfə üzünü görüm” deyir.

Reportajda bildirilir ki, Ermənistan tərəfindən atılan ballistik raketin dağıntıları rasında yataq dəstləri, döşəklər, örtüklər ətrafa səpələnib. Hücum gecə saat iki radələrində olub. Bu daha çox total müharibəyə oxşayır.

Muxbir “Atəşkəs qüvvədən düşüb?” sualını hadisə yerinə gələn Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ünvanlayıb. Verilən cavabda vəziyyətin qiymətləndirilməsinin çətin olduğu deyilib:

“Biz hazırda vəziyyəti nəzərədən keçiririk.

Əgər ermənilər azərbaycanlı mülki şəxslərə qarşı hücumlarını davam etdirsələr, bu zaman Azərbaycan legitim hərbi hədəfə qarşı lazımı tədbirləri görmək məcburiyyətində qalacaq”.

  •  (2)
  •  (3)