İbrahimoviç: “Əgər Maldini istəsə, mən hazıram”backend

İbrahimoviç: “Əgər Maldini istəsə, mən hazıram”

“Milan”ın 39 yaşlı hücumçusu Zlatan İbrahimoviç komandadakı gələcəyi məsələsinə aydınlıq gətirib.

Hokm.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Football Italia” məlumat yayıb.

“Mən Zlatanam, məsuliyyət və öz liderliyimi hiss edirəm. “Milan” xoşbəxt olduğum yeganə komandadır. Mən bu komandaya nəsə vermək, bələdçi olmaq istəyirəm. Mən nəsə komandadakılara nəsə deyəndə mənə cavab verirlər: “Yaxşı, biz bunu edərik”. Mən bu gün Veronada olmaq istərdim, bunu qəlbimdə hiss edirəm. Onlarsız günü keçirmək, oğullarımsız qalmağa bərabərdir. “Milan”da növbəti mövsüm qalacağammı? Bilmirəm, buna hələ baxarıq. Əgər Paolo Maldini istəsə, o zaman mən hazıram”, – deyə Z.İbrahimoviç bildirib.

Xatırladaq ki, Z.İbrahimoviçin “Milan”la müqaviləsi iyunun 30-da başa çatacaq.

  •  (1)
  •  (0)