Hyustonda erməni təcavüzünə qarşı etiraz aksiyası – FOTObackend

Hyustonda erməni təcavüzünə qarşı etiraz aksiyası – FOTO

Texas ştatının Hyuston şəhərində ABŞ-ın Azərbaycan icmasının üzvləri Ermənistanın Azərbaycana qarşı təcavüzünə etiraz və Azərbaycan ordusuna dəstək aksiyası keçiriblər.

Hokm.az “Report”a istinadən xəbər verir ki, Hyuston şəhər administrasiyası binasının qarşısında keçirilən aksiya zamanı icma üzvləri Ermənistanın Azərbaycanın Bərdə şəhərinə sonuncu raket hücumunu, İrəvanın günahsız mülki insanlara qarşı keçirilən soyqırım siyasətini pisləyib, ABŞ administrasiyasını Ermənistanın təcavüzkar dövlət olduğunu tanımağa çağırıb, Qarabağın Azərbaycan torpağı olduğunu qeyd ediblər, amerikalılara Azərbaycan həqiqətlərini çatdırıblar.

Aksiya iştirakçıları işğal altında olan torpaqların “mübahisəli” deyil, beynəlxalq səviyyədə tanınmış əzəli Azərbaycan torpağları olduğunu qeyd ediblər.

Aksiya zamanı, həmçinin Ermənistan silahlı qüvvələrinin Gəncəyə, Mingəçevirə və digər yaşayış məntəqələrinə ballistik raket zərbələri haqqında məlumat veriblər. Tədbirdə 300-dən çox icma üzvü iştirak edib.

Eyni zamanda, Azərbaycan icma üzvləri İsrail, Pakistan, Türkiyə və Ukraynanın bayraqlarını qaldıraraq bu ölkələrə Azərbaycanı dəstəklədiklərinə görə təşəkkürlərini bildiriblər.

  •  (0)
  •  (1)