“Hürriyet”in yazarı Makronun yalanını “300 spartalı”ya bənzətdibackend

“Hürriyet”in yazarı Makronun yalanını “300 spartalı”ya bənzətdi

“Ordusunu modernləşdirmiş, ən güclü silahlara malik, 10 milyon əhalisi olan Azərbaycanın 300 cihadçıya nə ehtiyacı var?!”

Hokm.az “Report”a istinadən xəbər verir ki, bunu Türkiyənin “Hürriyet” qəzetinin köşə yazarı Ahmet Hakan “300 cihadçı yalanı 300 spartalıdan qaynaqlanıb?“ başlıqlı yazısında bildirib.

Müəllif qərb mətbuatı və Fransa prezidenti Emmanuel Makronun bundan bəhs etdiyinə ironik yanaşaraq bildirib: “300 cihadçı” məsələsi “300 spartalı” filmindən ilham alaraq uydurulub. 301 deyil, 299 deyil, tam 300 deyirlər. Bunu deyən və yazanlarda ağıl, məntiq yoxdur? Bir qram ağıl və məntiqləri olsaydı, belə düşünərdilər: “Ordusunu modernləşdirmiş, ən güclü silahlara malik, 10 milyon əhalisi olan Azərbaycanın 300 cihadçıya nə ehtiyacı var? Bunun da üstündən keçirəm. Cəbhədə irəliləyən, döyüş sahəsində üstün vəziyyətdə olan, küləyi arxasına alan Azərbaycan 300 cihadçı səbəbindən beynəlxalq aləmdə özü üçün niyə çətinlik yaratmalıdir? Vallah, onlarda qram ağıl, billah, zərrə qədər məntiq yoxdur. Bəziləri isə belə deyir: “Ağılları da, məntiqləri də var. Onlar da söylədiklərinin yalan olduğunu bilirlər. Bilərəkdən yalan söyləyirlər. Onların hədəfi Azərbaycan əleyhinə təbliğat aparmaqdır”.

  •  (0)
  •  (0)