Hulusi Kılıc: “İnsanlıq bu gecə öldü”backend

Hulusi Kılıc: “İnsanlıq bu gecə öldü”

29 il əvvəl, bu gecə Xocalı qətliamı baş verdi. İnsanlıq bu gecə öldü.

 

Hokm.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıc “Facebook” hesabında yazıb.

“Uşaqlar, qadınlar və qocalar daxil olmaqla 613 Azərbaycan türkü şəhid oldu. Türk olduqları üçün şəhid oldular. Allah rəhmət eləsin. Onların ağrısını ürəyimizdə hiss edirik.

Əziz ruhları şad olsun. Torpaqlarınızı düşmən işğalından azad etdik. Bu il Xocalı qətliamını fərqli duyğularla xatırlayırıq.

Xocalı qətliamını unutmadıq, unutmayacağıq, unutdurmayacağıq”.

  •  (0)
  •  (0)