Hövsanı üfunətə boğan “ölüm kanalı” – VİDEObackend

Hövsanı üfunətə boğan “ölüm kanalı” – VİDEO

Hövsan qəsəbəsindəki bu məhəllənin problemləri bitmək bilmir. Məsələ təkcə kanalın üzərinin açıq olması deyil. Məhəllədə kanalizasiya sisteminin olmaması səbəbilə bütün çirkab suları da elə bu açıq kanala axıdılır.

Baku TV mövzuyla bağlı reportaj hazırlayıb.

Üfunət iyindən bu məhəllədə dayanmaq olmur. Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara, icra və bələdiyyə orqanlarına müraciət etmələrinə baxmayaraq, hələ də problem həllini tapmayıb.

Baku TV əməkdaşlarının məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyəti ilə əlaqə cəhdi baş tutmayıb.

Ətraflı süjeti təqdim edirik:

 

  •  (0)
  •  (0)