Hövsana içməli suyun verilməsi dayandırıldı səbəb – AÇIQLANDIbackend

Hövsana içməli suyun verilməsi dayandırıldı səbəb – AÇIQLANDI

Qaz xəttinin çəkilişini həyata keçirən şirkət tərəfindən Hövsan qəsəbəsini içməli su ilə təmin edən magistral su xəttinin zədələnməsi nəticəsində Hövsan qəsəbəsinin bir hissəsinə (əsasən kənd Hövsan) içməli suyun verilməsi dayandırılıb.

Hokm.Az-ın məlumatına əsasən, “Azərsu” ASC-dən Milli.Az-a bildirilib ki, hazırda qəza xidməti tərəfindən təmir işləri aparılır. Təmir işləri başa çatdıqdan sonra suyun verilişi bərpa olunacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

  •  (1)
  •  (0)