“Hörmətli Operativ Qərargah, qadanızı alırıq, dərdiniz bizə olsun, noolar, cavab verin”backend

“Hörmətli Operativ Qərargah, qadanızı alırıq, dərdiniz bizə olsun, noolar, cavab verin”

Rusların belə bir oyunu var, “romaşka oyunu” deyirlər, yaxud “lübit- nilübit”.

Deməli, çobanyastığı gülünü dərirlər və bir-bir yarpağlarını dartıb fala baxırlar ki, sən sevdiyin adam səni sevir, ya yox.

Ürək çırpıntısı ilə oynayırlar, “sevir” düşəndə elə sevinirlər, heç BNA cərimə planını dolduranda belə sevinmir.

“Sevmir” düşəndə isə yas qururlar, sürücülər birdən intizamlı olanda BNA yas quran kimi.

Artıq neçə müddətdir ki, Operativ Qərargah ictimaiyyəti romaşka oyununa oturdub, millət təlaş içindədir ki, sərtləşəmə olacaq, ya yox?

Novruz qabağı rayonlar bağlanacaq, ya yox? Restoranlar bağlanacaq, ya yox?

Lübit bizi OQ, yoxsa nilübit?

Nəyə görə bu məsələdə şəffaflıq yoxdur? Nəyə görə biz həyacan içində olmalıyıq? Nəyə görə bəri başdan deyilmir ki, ay camaat, qaxılın oturun evdə, Novruz təxirə salınır?

Baxın, minlərlə insan otellərdə yer götürüb, pulunu ödəyib, digərləri dədə-baba yurduna getməyi, əzizlərinin məzarlarını ziyarət etməyi planlaşdırıb, babalar-nənələr bazarlıq edib kənddə nəvələrini gözləyirlər, hərənin bir arzusu, niyəti var bu Bayramla bağlı, əvvəlcədən hazırlıqlar görünüb və s.

İndi birdən birə qapanma elan edilsə, bunun stressini, bunun havaya gedən xərclərini təsəvvür etmək çətin deyil, deyilmi?

Odur ki, hörmətli OQ, hörmətli (xixi) TƏBİB, zəhmət deyilsə, çox rica edirik, xahiş edirik, quzu kəsirik ayağınızın altında, qadanızı alırıq, ölərik qabağınızda, dərdiniz bizə olsun, noolar, bizə bir cavab verin, işimizi bilək.

Pliz…

Azər Qərib

  •  (1)
  •  (0)