Hökumət evinin qarşısında aksiya keçirilib – FOTObackend

Hökumət evinin qarşısında aksiya keçirilib – FOTO

Hökumət binası qarşısında “Lelo Gürcüstan Üçün” partiyasının təşəbbüsü ilə “Gənclər Oliqarxa Qarşı” adlı aksiya keçirilib.

Aksiyada çıxış edənlərdən biri, “Lelo Gürcüstan Üçün” partiyasının Marneuli qərargahının rəhbəri Murad Muradov 24News.ge xəbər portalına bu barədə müsahibə verib.

Onun sözlərinə görə, aksiyaya səbəb, ABŞ Nümayəndələr Palatasının bir neçə üzvünün ABŞ dövlət katibinə, Bidzina İvanişvilini rus oliqarxı adlandırmaları və ölkədə demokratik idarəetmənin aşağı düşməsindən və mümkün korrupsiyadan narahat olduqlarını bildirən məktubun göndərilməsi olub.

Muradov, bu məktubun Gürcü Arzusu üçün həyəcan siqnalı olduğunu bildirir:

“Biz Gürcüstan Hökumətinə növbəti məktubun, növbəti mesajın verildiyini gördük. Bu Gürcü Arzusuna həyəcan siqnalıdır. Ölkəmizə strateji dost olan Amerika Birləşmiş Ştatlarının yüksək siyasi üzvləri, ölkəmizə dəfələrlə bu cür məktublar ünvanlayıb. Lakin bizim bacarıqsız Gürcü Arzusu hakimiyyəti ölkəni yenə də rus yönlü idarə edir”.

Muradov həmçinin, Konqresmenlərin məktubunda İvanişvili birbaşa rus oliqarx, onun partiyası isə rus maraqlarını həyata keçirən partiya olaraq qeyd olunduğunu bildirir: “Bu hökumət vəziyyəti o qədər pisləşdirib ki, Bidzina İvanişvili birbaşa məktubda rus oliqarxı və onun partiyası isə rus maraqlarını həyata keçirən partiya olaraq qeyd olunub. Məktubda 1991-ci ildə müstəqillik qazandıqdan sonra irəliyə doğru atılan əhəmiyyətli addımlar və Gürcüstanın 2012-ci ildən son 8 ildə yaşadığı uğursuzluqlardan bəhs olunur və dolayı yolla hazırkı hökuməti 1991-ci ildən bəri ən pis hökumət olduğu bildirilir”, – deyə Muradov qeyd edib.

Xatırladaq ki, ABŞ Nümayəndələr Palatasının bir neçə üzvünün ABŞ dövlət katibinə göndərdikləri məktubda Bidzina İvanişvilini rus oliqarxı adlandırıblar və ölkədə demokratik idarəetmənin aşağı düşməsindən və mümkün korrupsiyadan narahat olduqlarını bildiriblər.

  •  (1)
  •  (0)