Hindistanlı mühəndis sevgi yazışmalarında ballistik raket məlumatlarını ötürübbackend

Hindistanlı mühəndis sevgi yazışmalarında ballistik raket məlumatlarını ötürüb

Heydərabaddakı Müdafiə Araşdırmaları və İnkişafı Laboratoriyasında (DRDL) işləyən hind mühəndisi Mallikarjun Reddi ballistik raketlərin inkişafı ilə bağlı məxfi məlumatları Pakistan kəşfiyyatına ötürdüyünə görə həbs edilib.

Hokm.az xəbər verir ki, bu barədə “The Times of India” məlumat yayıb.

Məlum olub ki, mühəndis məlumatları sosial şəbəkələr vasitəsilə özünü Nataşa Rao adlı qadın kimi təqdim edən və Reddi ilə evlənməyə söz verən kəşfiyyatçıya göndərib.

Nəticə etibarı ilə bəxtsiz oğlan xüsusi olaraq nüvə sualtı qayıqları üçün istehsal olunan “Agni” yer-yer tipli raketlərin və “K” seriyalı raketlərin texniki komponentlərinin çertyojlarını “sevgilisi”nə təhvil verib.

Yazışmalar iki il davam edib. Mühəndis iddia edib ki, sevdiyi xanım Böyük Britaniyanın müdafiə jurnallarından birində işlədiyini deyib.

Axtarış zamanı Reddidən bir noutbuk və iki mobil telefon götürülüb, orada Pakistan kəşfiyyatçısına göndərilən rəsmlər tapılıb. Bundan əlavə, hindistanlı müdafiə zavodlarına etdiyi səfərlərdən danışaraq, bəzi məlumatları səsli mesajlardan istifadə edərək ötürüb.“Report”

  •  (0)
  •  (0)