Hindistanın şimalında qırmızı həyəcan elan EDİLDİbackend

Hindistanın şimalında qırmızı həyəcan elan EDİLDİ

Hindistanın şimalında havanın temperaturu normanı kəskin ötüb, keçən şənbə günü bir çox bölgədə havanın temperaturu 45 dərəcəyə qalxıb.

Hokm.az xəbər verir ki, bu barədə Hindistanın meteorologiya departamenti bildirib.

Qeyd olunub ki, Dholpur rayonunda temperaturun 48,5 dərəcəyə yüksəldiyi Racastan əyalətinin şimal-qərbindəki bir neçə bölgədə qırmızı təhlükə elan edilib.

Cammu bölgəsində 43,5, Dehlidə 47,2, Nəcəfqarhda isə 47 dərəcə istilik qeydə alınıb. Bu da ilin bu dövrü üçün normadan orta hesabla yeddi dərəcə yüksəkdir. Meteoroloqların sözlərinə görə, havanın temperaturu yaxın günlərdə düşməyəcək.

Yerli hakimiyyət orqanları insanlara bu günlərdə küçəyə çıxmamağı məsləhət görür və təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.redaktor.az

  •  (0)
  •  (0)