Hindistanda vaksin yan təsir göstərdi: 447 nəfər…backend

Hindistanda vaksin yan təsir göstərdi: 447 nəfər…

Hindistanda COVID-19 vaksinasiya kampaniyasında 447 nəfərdə yan təsirlərə rast gəlinib.

Hokm.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 224 min 301 nəfərə vaksin vurulub. Yan təsirlərin aşkarlandığı 3 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan ikisi 24 saat müşahidə altında saxlandıqdan sonra evə buraxılıb. Digərinin müalicəsi davam edir.

Qeyd edək ki, Hindistan hökuməti “Covaxin” adlı vaksini 3-cü mərhələ kliniki sınaqları tamamlanmadan vaksin kampaniyasına daxil edib.Publika.az

  •  (0)
  •  (0)