Hindistanda təlim mərkəzində yanğın: 15 nəfər öldübackend

Hindistanda təlim mərkəzində yanğın: 15 nəfər öldü

Hindistanda təlim mərkəzində baş verən yanğın nəticəsində azı 15 nəfər ölüb.

Məlumatı “Hurriyet” yayıb.

Bildirilib ki, hadisə Hindistanın Gujarat əyalətinin Surat şəhərində “Takshila” kompleksində baş verib.

Məlumata görə, yanğın binanın 3-cü və 4-cü mərtəbələrində qeydə alınıb. Hindistanın baş naziri Narendra Modi rəsmi “Twitter” səhifəsində hadisəni faciəvi adlandıraraq ölənlərin ailəsinə başsağlığı verib. (report)

Hokm.az

  •  (0)
  •  (0)