Hindistanda qasırğa nəticəsində 70-dən çox adam öldü
Hindistanda qasırğa nəticəsində ən azı 72 nəfər həlak olub, 100-dən çox adam yaralanıb. Məlumata görə, Hindistanın şimal və qərb hissələrində qasırğası ilə müşaiət olunan leysan evlərin və ağacların dağılmasına səbəb olub. Hakimiyyət nümayəndəsi Sanjay Qumar bildirib ki, zərərin əksəriyyəti Tac Mahalın yerləşdiyi Hindistanın şimalındakı Aqra şəhərində qeydə alınıb.Onun sözlərinə görə, mayın 3-də, küləyin sürəti 130 km / saat təşkil edib. 36 nəfər həlak olub. Bundan başqa, bir neçə nəfər şimşək öldürüb.
//faktor.az
















