Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin adına sosial şəbəkələrdə saxta profillər yaradılıb.
Ordu.az-ın məlumaıtna görə, bu barədə Hikmət Hacıyev özünün rəsmi “Twitter” hesabında yazıb.
H.Hacıyev bildirib: “Hörmətli izləyicilər! Mənim adıma twitter-də @hikmet_hajiyev və teleqram kanalında Hikmet Hajiyev kimi ünvanlar yaradılmışdır. Bundan əvvəl Instagram və Facebook-da belə saxta profillər yaradılmışdı. Mənim yalnız Twitter-də @HikmetHajiyev adlı hesabım vardır”.

















