Hikmət Hacıyev: Yalnız bu gün ərzində Tərtərə 2 mindən çox mərmi düşübbackend

Hikmət Hacıyev: Yalnız bu gün ərzində Tərtərə 2 mindən çox mərmi düşüb

Hokm.az Trend-ə istinadən bildirir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, yalnız bu gün ərzində Tərtərə 2 mindən çox mərmi düşüb. Bu vəhşilik, barbarlıq və insanlığa yaraşmayan hərəkətdir.

Ermənistanın beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının müddəalarını kobud surətdə pozan bu hərəkəti müharibə cinayətidir.

Bildiririk ki, Azərbaycan silahlı qüvvələri tərəfindən adekvat cavab tədbirləri həyata keçiriləcəkdir.

  •  (2)
  •  (1)