Hikmət Hacıyev: “Xarici diplomatlar vəziyyəti öz gözləri ilə görürlər”backend

Hikmət Hacıyev: “Xarici diplomatlar vəziyyəti öz gözləri ilə görürlər”

“Onlar vəziyyəti öz gözləri ilə görürlər. Diplomatik missiyada belə bir prosedur var ki, diplomatlar xidmət etdikləri ölkə barədə öz dövlətlərinə məlumat verirlər. Bu mənada onların Cəbrayılda dağıdılmış məzarlıqlarla tanışlığı əhəmiyyətlidir”, – deyə Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H.Hacıyev qeyd edib ki, xarici diplomatlar öz gözləri ilə Ermənistanın qəbirlərlə, cəsədlərlə mübarizə aparmasının əyani şahidi oldular.

Hokm.az oxu.az-a istinadən xəbər verir ki, Xudafərin körpüsündə jurnalistlərə açıqlama verən Hikmət Hacıyev dünyanın müxtəlif qaynar bölgələrində olan jurnalistlərin və xarici diplomatların Cəbrayıl və Zəngilana səfərlərinin çox vacib olduğunu bildirib.

  •  (0)
  •  (0)