Hikmət Hacıyev saxta məlumatlar paylaşan Ermənistan Müdafiə Nazirliyini ifşa etdibackend

Hikmət Hacıyev saxta məlumatlar paylaşan Ermənistan Müdafiə Nazirliyini ifşa etdi

Ermənistan Müdafiə Nazirliyi tərəfindən kifayət qədər saxta məlumatlar paylaşılır. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib.

O bildirib ki, Ermənistan Müdafiə Nazirliyi tərəfindən paylaşılan fotoların əksəriyyəti fotoşopdur: “Onlardan bir neçəsini artıq ifşa etmişik. “Su-25” ilə bağlı olan halı gördünüz. Guya İrəvan səmalarında dronlar uçurdu. O da fotoşop idi”.

Prezidentin köməkçisi bildirib ki, sonradan həmin görüntülərin media və sosial şəbəkələrdən silinməsi ilə bağlı göstəriş verilib: “Ona görə də media nümayəndələrimizə müraciət edirik ki, məlumatlara həssaslıqla yanaşsınlar və yalanları ifşa etsinlər. Sözügedən fotoşopları asanlıqla aşkarlamaq mümkündür”.

  •  (1)
  •  (0)