Prezidentin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oktyabrın 4-də Gəncənin işğalçı Ermənistan ərazisindən raket atəşə tutulması nəticəsində yaralanan 2019-cu il təvəllüdlü Eyubova Zəhra Xəyyam qızının fotosunu paylaşıb.
Hokm.az xəbər verir ki, Hikmət Hacıyev öz “Twitter” hesabında paylaşdığı fotoya #Gəncəgüclüdür həştəqi ilə bu cümlələri əlavə edib:
“Nəsillər dəyişir, ancaq Ermənistanın Azərbaycan xalqına qarşı vəhşilikləri bitmir. Ermənistanın Gəncə şəhərinin yaşayış məntəqələrinə raket hücumu nəticəsində bu 10 aylıq qız yaralanıb”.

















