Hikmət Hacıyev: “Ermənistan terrorçu dövlət olduğunu nümayiş etdirdi”backend

Hikmət Hacıyev: “Ermənistan terrorçu dövlət olduğunu nümayiş etdirdi”

Ermənilər bir daha öz xislətini və riyakarlığını sübut etdi. Bir daha terrorçu dövlət olduğunu nümayiş etdirdi.

Hokm.Az-ın verdiyi xəbərə görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, Ermənistan silahlı qüvvələrinin döyüş hazırlığında mülki əhalinin hədəfə alınması düşmən tərəfindən normal hal kimi qəbul edilir:

“Ermənilər son dövrlərdə Azərbaycana qarşı qorxaq və xain hücumlarını davam etdirirlər. Ermənistanın hərbi rəhbərliyi sivil danışıqlardan uzaq olduğu üçün Azərbaycanın sivil şəhərlərini və mülki əhalinin yaşadığı şəhərləri bombalamağa davam edir.

Kütləvi yaşayış məntəqələrinə bu kimi zərbələr endirməklə Ermənistan bir daha sübut edir ki, terrorçu dövlətdir və faşist rejimlərindən istifadə edir. Amma düşmən unutmasın ki, Azərbaycan tərəfi bunlara adekvat cavab verəcək”.Oxu.Az

  •  (0)
  •  (0)