Hikmət Hacıyev: “Erməni işğalçıları əhalimizə qadağan edilmiş silahlardan atəş açırlar” – VİDEObackend

Hikmət Hacıyev: “Erməni işğalçıları əhalimizə qadağan edilmiş silahlardan atəş açırlar” – VİDEO

Ermənistan silahlı qüvvələri beynəlxalq konvensiyalara əsasən qadağan edilən “klister” adlanan, yəni kasetli bombalardan istifadə edirlər.

Hokm.az-ın verdiyi məlumata görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, düşmən bundan “Smerç” tipli raket sistemlərinə daxil edilərək Azərbaycanın şəhərlərinə qarşı atılır:

“Əmin ola bilərsiz ki, Azərbaycan tərəfi bu kimi hücumların heç birini cavabsız qoymayıb və qoymayacaq da. Düşmənə adekvat cavablar verilir”.

  •  (0)
  •  (0)