Hesablama Palatası TƏBİB-də yoxlamalara başladı, prokurorluq HƏRƏKƏTƏ KEÇDİbackend

Hesablama Palatası TƏBİB-də yoxlamalara başladı, prokurorluq HƏRƏKƏTƏ KEÇDİ

Hesablama Palatası TƏBİB-də çoxsaylı yoxlamalar həyata keçirir.

Hokm.az GUNinfo.az-ya istinadən xəbər verir ki, bununla bağlı rəsmi mənbələr məlumat yayıb.

Bildirilib ki, TƏBİB-dəki TƏFTİŞ təsadüfi deyil, başladılan yoxlamalar TƏBİB-in fəaliyyəti dövrünü tam əhatə edir.

Mənbə bildirir:

“Yeni Klinika”nın 3 əməkdaşı məhkəmədə həbs olundu. Görünəni odur ki, “yuxarılar” hətta “gözünün ağı-qarası olana” da haramı keçmək niyyətində deyil. Ramil Bayramlının adı isə qaranlıq işlərdə yetərincə hallanmaqdadır. Elə “Yeni Klinika” işində də…” Mənbə iddia edib ki, hadisələr belə davam edərsə yaxın gələcəkdə R. Bayramlının həbsi qaçılmazdır.

Bundan başqa Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin TƏBİB-də keçirdiyi əməliyyat Azərbaycanın səhiyyə sisteminin və onun başında duranların rüşvət, korrupsiya, vicdansızlıq adlı “xroniki xəstəlik”dən heç cür sağala bilmədiklərini, əksinə, koronavirus pandemiyası dövründə bu “xəstəliyin” daha da şiddətləndiyini göstərdi. 

Həmçinin, FHN-in Zığda yerləşən modul tipli xəstəxanasının baş həkimi İmran Ağayev, eləcə də onların çevrəsinə aid olan şəxslər həbs edilib. Rəsmi açıqlamada deyilir ki, bu şəxslər qabaqcadan əlbir olaraq, koronavirus xəstələrinin özlərinin rəhbəri olduqları tibb müəssisələrində yerləşdirilməsi müqabilində onların yaxınlarından müxtəlif məbləğlərdə rüşvət alıblar. Söhbət hər xəstədən 3000-3500 manat məbləğində pul alınmasından gedir.

Əvvəlcə onu qeyd edək ki, reallıqda alınan məbləğlər pandemiyanın pik vaxtlarında 4000-5000 manatı da keçirdi. İkincisi, rəsmi məlumatda qeyd olunan “qabaqcadan əlbir olaraq” ifadəsini yalnız xəstəxana rəhbərlərinə və onların köməkçilərinə aid etmək doğru olmazdı. Azərbaycan reallıqları nəzərə alınsa, sözügedən xəstəxana rəhbərləri bütün ölkənin diqqət mərkəzində olan koronavirusla mübarizə kimi strateji əhəmiyyətli sahədə özbaşına, açıq-aşkar rüşvət cinayəti törədə bilməzdilər. Odur ki, bu işdən TƏBİB rəhbərliyinin və şəxsən Ramin Bayramlının xəbərsiz olduğuna inanmaq, sadəlövhlük də yox, axmaqlıq olar. Həm də ona görə ki, “Yeni klinika”nın artıq həbsdə olan rəhbəri Pərviz Abbasovla Ramin Bayramlının çox yaxın dostu və əqraba olduqları bildirilir. Onuda bildirək ki, TƏBİB-də baş verən korrupsiya əməllərinə görə aparılan həbslər Bayramovun idarəçiliyi idirməsinə işarədir. Eləcədə, məlumatlarda aparılan yoxlamalar və bütün olanlar R. Bayramovun tezliklə həbs edilməsinə gətirib çıxaracağı bildirilib.

 

  •  (1)
  •  (0)