Hərbiyə çağırılan vətəndaşların əmək haqqı necə ödəniləcək?backend

Hərbiyə çağırılan vətəndaşların əmək haqqı necə ödəniləcək?

Hərbiyə çağırılan vətəndaşların əmək haqqı necə ödəniləcək?

ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, Əmək Məcəlləsinə əsasən işçi hərbi mükəlləfiyyətlə bağlı vəzifələrini yerinə yetirməsi üçün hərbi toplanışa cəlb edilib ordu sıralarında iştirak etdikdə iş yeri və əmək haqqı saxlanılır:

“Orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində işçinin qazandığı əmək haqqından hesablanır. Hərbi xidmət haqqında qanuna əsasən toplanışa çağrılmış hərbi vəzifəlilər çağrış üzrə vəzifələrini yerinə yetirdikləri bütün dövrdə daimi iş yerində maaşı saxlanılmaqla iş yerləri qorunur. Göstərilən şəxslərin əmək müqaviləsinə şəxsin iş yerinə qayıdana qədər xitam verilə bilməz. Əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı işə götürən müvafiq əmr vermə səlahiyyətinə malikdir”.

  •  (0)
  •  (0)