Hərbi Prokurorluq intihar edən gizirlə bağlı MƏLUMAT YAYDIbackend

Hərbi Prokurorluq intihar edən gizirlə bağlı MƏLUMAT YAYDI

10 may 2022-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin  hərbi qulluqçusu, gizir Əlizadə Tərlan Rafiq oğlunun həmin gün xidməti mənzildə özünü asaraq öldürməsi barədə Şəmkir hərbi prokurorluğuna məlumat daxil olub.

Hərbi Prokurorluğunun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev bildirib ki, daxil olmuş məlumat əsasında Şəmkir hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınmış, müvafiq  ekspertizalar təyin olunubvə digər zəruri hərəkətlər yerinə yetirilib.

Hazırda Şəmkir hərbi prokurorluğunda araşdırma  davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcəkdir.

  •  (0)
  •  (1)