Hərbçilərimiz Füzulidə minaya düşdübackend

Hərbçilərimiz Füzulidə minaya düşdü

Füzuli rayonunda Daxili Qoşunların iki hərbçisi minaya düşüb.

DİN Mətbuat xidmətindən Hokm.az-a verilən məlumata görə, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Füzuli rayonunda yerləşən N saylı hərbi hissəsinin müddətdən artıq xidmət edən hərbi qulluqçuları minaya düşüb.

İki hərbçi rayonun Şükürbəyli kəndində piyada əleyhinə minaya düşüblər. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

  •  (0)
  •  (1)