“Hər şeyim idin – övladım, sevgim, sirdaşım idin…” Azərbayanlı aktyordan üç gün əvvəl vəfat edən anası haqqında QƏLB SIZLADAN SÖZLƏRbackend

“Hər şeyim idin – övladım, sevgim, sirdaşım idin…” Azərbayanlı aktyordan üç gün əvvəl vəfat edən anası haqqında QƏLB SIZLADAN SÖZLƏR

Akademik Milli Dram Teatrının aktyoru Elnur Qədirov üç gün öncə vəfat edən anasıyla fotusunu sosial şəbəkədə paylaşıb.

Hokm.az xəbər verir ki, o,anası haqqında bu sözləri yazıb:

“Artıq 3 gündür ki, yoxsan… Gözəlim, nəfəsim, həyatım, canımın ən şirin parçası,  sözlər belə yetməz səni əzizləməyə məni yetim qoyan ANA. Deyirlər torpaq soyudur, zamanla  sakitlik tapırsan bu itkiyə. İnanmayın ağ yalandır. Nə torpaq soyudur, nə də qəlbin boşluğu dolur. Kipriklərimin hər birinin ucunda, nəfəsimi hər alıb verdiyimdə, ürəyimin hər döyüntüsündəsən xatirəyə dönənim. Çiçəkləri sevən şirin – şəkər ANAM ömrünün son günlərində su içə, yemək yeyə bilməsə də sevdiyi güllərin qoxusunu içinə çəkə-çəkə yaşadı. Susuzluqdan içim yanır deyə-deyə dünyadan köçən mələyim bir ömürlük qəlbimi yanar qoydun. Hər şeyim idin – övladım idin, sevgim idin, sirdaşım idin, bacım-qardaşım idin, atam – ANAM idin. Çox darıxıram … Çox … Cənnət qoxulum…”.ölkə.az

  •  (2)
  •  (2)