“Hər Şəhid Bir Çinardır” adlı yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib – FOTOLARbackend

“Hər Şəhid Bir Çinardır” adlı yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib – FOTOLAR

Bu gün “Odlar Yurdu” Universitetində Vətən Müharibəsi şəhidlərinin adını əbədiləşdirmək məqsədi ilə Bakı şəhər məktəbliləri arasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Nərimanov Rayon İcra Hakimiyyəti, Gəncliyə Yardım Fondu, Nərimanov Rayon Gənclər və İdman İdarəsi, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi və Dünya Gənc Türk Yazarlar Birliyin təşkilatçılığı ilə həyata keçirilən “Hər Şəhid Bir Çinardır” adlı yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

Tədbirdə qazilər, şəhid ailələrinin üzvləri, şəhid övladları, Türkiyə Respublikasının səfirliyi, Müdafiə Nazirliyi, icra hakimiyyəti rəsmiləri, rektorlar, xalq və əməkdar artistlər və KİV nümayəndələri iştirak ediblər.

Yazı müsabiqəsində Bakı şəhərində təhsil alan 9-11 sinif şagirdləri iştirak ediblər. Müsabiqənin şərtlərinə uyğun olaraq şəhidin qəhrəmanlığı, cəsurluğu, vətənpərvərliyi, nümunəviliyi kimi xüsusiyyətlər canlandırılmalı və seçilən qəhrəman Qarabağ müharibəsində şəhid olanlardan biri olmalıdır. Müsabiqə üçün 428 yazı təqdim edilib, ilk mərhələdə hər fərdin bir işi nəzərə alındıqda yekun yazı sayı 350 olub. İlk mərhələdəki qiymətləndirmədən 350 yazı arasından 50 yazı seçilib və tanınmış filoloq və ədəbiyyatçılardan ibarət olan münsiflər heyəti tərəfindən 20 yazı qalib olaraq qiymətləndirilib. Müsabiəqədə 1 nəfər I yer, 2 nəfər II yer, 3 nəfər III yerə layiq görülüb, 14 nəfər isə fərqlənmiş olaraq qiymətləndirilib. Müsabiqədə paytaxtın 9 rayonunu təmsil edən 20 tədris ocağı mükafatçılar sırasına düşüb.

Qeyd edək ki, müsabiqənin məqsədi gənclərdə vətənpərvərlik hisslərini gücləndirmək və “aprel döyüşlərin”dəki şəhidlərimiz başda olmaqla Qarabağ döyüşlərində şəhid olan bütün vətən övladlarını hafizələrərə əbədi həkk etməkdir.

Tədbirdə şəhid general, Milli Qəhrəman Polad Həşimovun anası Səmayə xanım, Murov qartalı şəhidi polkovnik Raquf Orucovun həyat yoldaşı fəxri qonaq qismində iştirak etmişlər. Tədbirin sonunda onlar şəhid övladlarına təşkilatçılar tərəfindən hazırlanmış hədiyyələri təqdim ediblər.

Qeyd edək ki, müsabiqədə yer tutan iştirakçılara təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyələr təqdim edilib.
  •  (1)
  •  (1)