Hər kəs Xocalıda çəkilən bu fotodan danışır – VİDEObackend

Hər kəs Xocalıda çəkilən bu fotodan danışır – VİDEO

İllər öncə çəkilmiş fotosu ilə son günlərin qəhrəmanına çevrilən İlham Quliyevlə bağlı Xəzər TV-də süjet yayımlayıb.

Hokm.az xəbər verir ki, İlham Quliyevin bir körpəni bağrına basan zaman Xocalıda çəkilən fotosu bütün sosial şəbəkələrdə yayılıb. O, fotoda bağrına basdığı yaş yarımlıq Samirdən danışıb.

İlham Quliyev bildirib ki, uşaq atasının əmisi oğlunun nəvəsi olub:

“Demişdim ki, uşağı salamat çatdıracam, amma edə bilmədim. Qucağımda öldü”.

Soyqırımda balaca Samirlə yanaşı onun babası, nənəsi, əmisinin ailəsi və atası da qətlə yetirilib. Ailədən ancaq 3 aylıq hamilə olan ana və körpəsi qalıb. Uşağın anası bildirib ki, oğluna güllə dəyib.

Hazırda 56 yaşı olan İ.Quliyev fotonun xarici bir jurnalist tərəfindən lentə alındığını söyləyib.

  •  (0)
  •  (0)