Hər 6 aydan bir vaksinasiya? – “ÜST-nin açıqlamasını oxuyandan sonra dəli olmamaq üçün…”backend

Hər 6 aydan bir vaksinasiya? – “ÜST-nin açıqlamasını oxuyandan sonra dəli olmamaq üçün…”

“Peyvəndin hər 6 aydan bir dövri olaraq təkrarlanmasının zəruriliyi fikri heç bir halda normal insan təfəkkürünün məhsulu ola bilməz”.
Hokm.az bildirir ki, bunu tibb elmləri doktoru, professor Musa Qəniyev deyib. Mütəxəssis bununla bağlı bir neçə nümunə də gətirib:
“Məsələn, hər il guya qripin yeni ştammının əmələ gəlmə ehtimalına görə, insanlara qrip əleyhinə vaksin vurulması tövsiyyə olunur. Məgər, qrip əleyhinə vaksin vurdurmayan, lakin mövsümü qripə yoluxan və ciddi yanaşı xəstəliyi olmayan  kimsə, qripdən ölüb? Şəxsən mən belə bir halın olduğunu bilmirəm. ÜST bunu COVİD-19  pandemiya halını alandan sonra qripin  xəstəlik olaraq 98% azalması ilə əlaqələndirirlər. Bunu oxuyanda insan dəli olmamaq üçün diz çöküb Tanrıya yalvarmalıdır. Bilirsiniz, insanlara kütlə psixologiyası aşılamaq mümkündür, lakin, idrakı təfəkkürü kütlə təfəkkürünə döndərmək mümkün deyil”.
M.Qəniyev bildirib ki, koronavirus ölkəmiz və xalqımız üçün milli faciə kimi dəyərləndiriləcək bəla deyil:
“Koronavirusun istənilən klinik formasını, zamanından asılı olmayaraq keçirmiş insan, bu infeksiyaya dəfələrlə yoluxsa belə, bu halda letal sonluq yalnız və yalnız sıfırdır. Övladlarınızı tək COVİD-19-dan deyil, istənilən viral infeksiyadan qoruyun, lakin onların koronavirusa yoluxma ehtimalına görə stress, gərginlik və ruhi sarsıntıya  düşməyin. Bu İnfeksiyanın 11-12 yaşına qədər uşaqlar üçün heç bir qorxusu yoxdur. 19 yaşına qədər uşaqlara isə, qorxusu yalnız nisbidir. Yəni onlar xəstələnsə də, bu infeksiyanı yalnız öskürək və asqırmaqla keçirəcək”.
Professor həmçinin uşaqların vaksinasiyası məsələsinə toxunub:

“Bir halda ki, məlum yaş qruplarında olan uşaqlarda yoluxma minimal, letallıq sıfıra bərabərdir, məgər bu halda peyvənd lazımdırmı? Mən uşaq, yeniyetmə və gənclərə hazırda koronavirus əleyhinə peyvənd vurulmasının qəti əleyhinəyəm. Bunu yalnız illər sonra – yəni peyvəndin inkişaf edən orqanizmə mutagen, kanserogen və sair kimi mənfi təsirinin olmaması eksperimental və klinik müşahidələrdə tam təsdiqini tapdıqdan sonra etmək olar. Hazırda məlum yaş qrupunda olan uşaqlara kütləvi şəkildə peyvənq vurdurmaq məsləhət deyil”.sfera.az

  •  (0)
  •  (1)