Türkiyənin Rizə şəhərində yaşayan Əminə Özqurd 107 yaşı olmasına baxmayaraq sağlamlığıyla diqqət çəkir.
Hokm.az Moderator.az-a istinadən xəbər verir ki, yaşlı qadın uzunömürlülüyün sirrini açaraq bunun səbəbinin Allaha dua etmək olduğunu bildirib. Qurtuluş Savaşı zamanı bir ovuc arpayla şorba bişirərək yediklərini deyən qadın, indi 107 yaşına gəlib çıxıb. Hətta süd diş də çıxardıb. Yaşlı qadın türk dilində bilmədiyi üçün lazca dilində danışır.

107 yaşlı qadın özü haqda bunları deyib:
“Sağlam olduğum üçün yenidən süd dişi çıxardım. Allah mənə nə istədimsə, verdi. İndi məni incidən olarsa, Allaha deyirəm, ona yalvarıram dualarımı qəbul edir. Sağlam yaşamaq üçün qidalanarkən diqqətli olsunlar. Həmişə süfrədən doymadan qalxsınlar. Mədələrində bir dilim çörək yeri saxlayıb ayağa qalxsınlar”.
















