“Həmin foto iki gün əvvəl çəkilib, problem artıq aradan qaldırılıb…”backend

“Həmin foto iki gün əvvəl çəkilib, problem artıq aradan qaldırılıb…”

“Həmin foto iki gün əvvəl çəkilib, problem artıq aradan qaldırılıb…”

Xəbər verdiyimiz kimi, Bakının “28 May” metro stansiyasının yaxınlığında, Ceyhun Hacıbəyli küçəsində karantin rejiminin sərtləşdirilməsinə baxmayaraq, hələ də mal-qara kəsilir. Həmin ərazidə çəkilmiş fotoşəkildən də görünür ki, antisanitariya şəraitində heyvan kəsilir, karantin rejiminin sərtləşdirilməsinə baxmayaraq, insanlar ət almaq üçün bir yerə toplaşırlar. 

Hokm.az bildirir ki, xəbərin yayımlanmasından sonra Bakı şəhər Baş Polis İdarəsindən virtualaz.org-a bildirilib ki, artıq həmin ərazidə mal-qara kəsiminin qarşısı alınıb: “Həmin fotoşəkil iki gün əvvəl çəkilib. Artıq həmin ərazidə mal kəsiminin qarşısı alınıb, problem aradan qaldırılıb”.

 

  •  (0)
  •  (0)