Şəhidlərimizlə vida mərasimi başa çatdı  – YENİLƏNİBbackend

Şəhidlərimizlə vida mərasimi başa çatdı – YENİLƏNİB

“Sərhədçi” İdman Kompleksində helikopter qəzasında ötən gün həlak olan hərbi qulluqçularla vida mərasimi başa çatıb.

Hokm.az xəbər verir ki, hərbi qulluqçular İkinci Şəhidlər xiyabanında dəfn ediləcək.

_______________

13:22

Vida mərasimində “Şəhidlər ölməz, vətən bölünməz” şüarı səsləndirilib.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Dövlət Sərhəd Xidmətinin Kadrlar şöbəsinin rəisi, general-mayor Ayaz Hüseynov şəhidlərin tərcümeyi-halı haqqında məlumat verib.

—————

12:11

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində həlak olan hərbçilərlə vida mərasimi keçirilir.

Vida mərasimi “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilir.

Qeyd edək ki, noyabrın 30-u hərbi helikopterin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 14 nəfər həlak olub, iki nəfər yaralanıb.

  •  (0)
  •  (0)