Hələbdə aerodrom atəşə tutuldu: 6 nəfər öldübackend

Hələbdə aerodrom atəşə tutuldu: 6 nəfər öldü

Suriyanın Hələb şəhərində hərbi aerodromun yerləşdiyi Neyrab qəsəbəsinin artilleriya atəşinə tutulması nəticəsində 6 nəfər ölüb.

Bu barədə yerli “Ikhbariya” dövlət telekanalı məlumat yayıb.

“Terror qruplaşmaları tərəfindən Neyrab düşərgəsinə edilən artilleriya hücumu nəticəsində 6 nəfər ölüb”, – deyə məlumatda bildirilir.

Suriya ordusu mayın 6-da başlayan hərbi əməliyyat zamanı Həma əyalətinin şimalında yerləşən bir neçə yaşayış məntəqəsini azad edib, həmçinin Kalat əl-Mudik və Kafr-Nabuda kimi mühüm strateji yaşayış məntəqələrini ələ keçirib. (report)

Hokm.az

  •  (0)
  •  (0)