Həkimdən Hindistan ştammı ilə bağlı bədbin proqnoz: 4-cü dalğa başladı – VİDEObackend

Həkimdən Hindistan ştammı ilə bağlı bədbin proqnoz: 4-cü dalğa başladı – VİDEO

“Bəzi tədqiqatçılar koronavirusun Hindistan ştammını yeni pandemiya, bəziləri isə 4-cü dalğa adlandırırlar. Əslində, bunun 4-cü dalğa adlandırılması daha məntiqlidir. Görünən odur ki, bu ştamm hələlik vaksinin hədəfində deyil və immun sistemindən də yayına bilir”.
Hokm.az xəbər verir ki, bunu ARB24-ün “Nə baş verir?” verilişinə açıqlamasında professor Adil Qeybulla deyib.
O bildirib ki, bu ştamm dünyaya yayılsa, pandemiyanın gedişatında həlledici dövr başlaya bilər:
“Hindistanda gündə 3000 ölüm halı qeydə alınır. Dünyanın hər yerində bu cür yoluxma halları baş versə, ölü sayında ciddi artım ola bilər. Vaksinlərin özü də bu müddətdə işə yaramaya bilər”.
A. Qeybulla qeyd edib ki, bu ştammın əvvəllər virusa yoluxmuş şəxslərin orqanizmində hansı davranış sərgiləcəyi məlum deyil:
“Düşünürəm ki, karantin qaydalarına çox ciddi əməl etməliyik. Bizdə karantin qaydalarında təzadlı hallar var ki, onlara yenidən baxılmalı və korreksiya olunmalıdır”.
  •  (0)
  •  (0)