Həkimdən həyəcan TƏBİLİ: “Diş əti xəstəlikləri hamiləliyin gedişinə zərər vura bilər”backend

Həkimdən həyəcan TƏBİLİ: “Diş əti xəstəlikləri hamiləliyin gedişinə zərər vura bilər”

Diş əti xəstəlikləri hamilə qadınlara zərər verə bilər.

Hokm.az xəbər verir ki, bu sözləri mediaya müsahibəsində Ə.Əliyev adına ADHTİ-nin dosenti Cavid Əhmədbəyli deyib.

Diş əti xəstəliklərinin hamilə qadınlara verə biləcəyi narahatlıqdan danışan həkim bildirib ki, bu zaman hamilələrdə arterial təzyiqin yüksəlməsi halları baş verə bilər:

“Müalicə olunmamış diş əti xəstəlikləri olan hamilə qadınlar preeklampsiya (hamiləliyin 20-ci həftəsindən sonra arterial təzyiqin yüksəlməsi), vaxtından əvvəl (37-ci həftədən əvvəl) doğuş və normadan az çəkidə uşağın dünyaya gəlməsi kimi risklərə məruz qalır. Bu nəticələrin bəziləri eyni vaxtda baş verə bilər”.oxu.az

  •  (0)
  •  (0)