Həkim jurnalisti HƏDƏLƏDİ: “Başını kəsdirərəm”backend

Həkim jurnalisti HƏDƏLƏDİ: “Başını kəsdirərəm”

“Milli Hematologiya və Transfuziologiya Mərkəzinin həkimi mənə dedi ki, sənin başını kəsdirərərəm”.

Hokm.az xəbər verir ki, bunu jurnalist Elşad Paşasoy bildirib. Onun sözlərinə görə, uşağının səhhətində yaranmış problemlərlə əlaqədar pediatr Milli Hematologiya və Transfuziologiya Mərkəzinin həkimi Ələmşah Əliyevə müraciət etməsini məsləhət görüb: “Ehtiramla müraciət etdiyim Ələmşah həkimdən “nə məsləhət görürsünüz, uşağı təkrar müayinə üçün Milli Hematologiya və Transfuziologiya Mərkəzinə gətirimmi”, soruşanda od götürdü. “Sən hara zəng edibsən? Bilmirsənmi mən orda işləmirəm? TƏBİB oranı yaman günə qoyandan sonra mən çıxmışam, başqa yerdə işləyirəm, daha nələr”. Sakitcə dedim ki, doktor, mən uşağın səhhətinə görə narahatam, sizdən məsləhət istəyirəm. Əsəbi halda telefonu söndürdü”.

Jurnalist həkimə təkrar zəng edib: “Təkrar yığdım ki, bəs siz həkimsiniz, vətəndaşa bu nə münasibətdir? Açdı “gül” ağzını: “axmaq”, “sənin başını kəsdirərəm, bilirsən mən kiməm?” Valideynlərimi təhqir etdi…Yəni belə bir əxlaq sahibi həkimlər də var”.

E.Paşasoy qeyd edib ki, TƏBİB tərəfindən məsələyə operativ reaksiya verilib və araşdırılacağı söylənib: “Sözügedən mərkəzdən də öyrəndik ki, elə o cür davranışlarına görə artıq bir ildən çoxdur burada işləmir. Amma səhiyyə adına xələl gətirən, vətəndaşı təhqir edən belə “həkim” mütləq cəzasını almalıdır. Hüquq-mühafizə orqanları səhiyyədə “at oynadan” belə birisinə mütləq hüququ anlatmalıdır! Özünə, öz valideyninə, öz peşəsinə hörmət etməyən başqasına da hörmət qoymaz! Vətəndaşa “sənin başını kəsdirərəm” deyənin yeri səhiyyə deyil, müalicə mərkəzidir”.

Baş verənlərlə basil Elşad Paşasoy daxili işlər naziri Vilayət Eyvazova müraciət edib: “Xahiş edirəm şəxsimə təhdid, özümə və valideynlərimin ünvanına səslənən təhqirlərlə bağlı müvafiq ölçü götürülməsi barədə göstəriş verilsin. Görünür, bəziləri bizim hüquqi dövlətdə yaşadığımızı unudub. Əks tədirdə, dövlət başçısının vətəndaş məmnunluğu ilə bağlı tövsiyələrinin, müvafiq tapşırıqlarının ziddinə davranışlar sərgilənməzdi”.Bakıvaxtı.az

  •  (0)
  •  (0)