Həftəsonu ictimai nəqliyyat qadağası nə vaxt ləğv ediləcək? – RƏSMİ CAVABbackend

Həftəsonu ictimai nəqliyyat qadağası nə vaxt ləğv ediləcək? – RƏSMİ CAVAB

“Həftəsonu ictimai nəqliyyatın məhdudlaşdırılmasının əsas məqsədi aktivliyin aşağı salınmasıdır. Aktivlik nə qədər çox artırsa, yoluxma sayı da kəskin artır”.

Hokm.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqində bildirib.

O əlavə edib ki, sentyabrın ortalarında epidemioloji vəziyyətdən asılı olaraq bununla bağlı hər hansı qərar qəbul oluna bilər.

  •  (0)
  •  (0)