Həftənin ilk iş günü hava necə olacaq?backend

Həftənin ilk iş günü hava necə olacaq?

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, arabir yağıntılı olacağı gözlənilir.

Gündüz yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək.  Havanın temperaturu  gecə 4-6° isti, gündüz  6-9° isti, Bakıda  gecə 4-6° isti, gündüz 7-9° isti olacaq.

Atmosfer  təzyiqi  normadan yüksək 762 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Günün ikinci yarısında qərb rayonlarından başlayaraq yağıntı tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman.  Qərb küləyi  ayrı-ayrı yerlərdə arabir güclənəcək.  Havanın temperaturu  gecə 1-6° isti, gündüz  8-13°  isti, dağlarda gecə 0-5° şaxta, gündüz  0-5°  isti  olacaq.

Hokm.az

  •  (0)
  •  (0)