Azərbaycandan Həcc ziyarəti üçün sənəd qəbuluna sabahdan başlanılır.
Hokm.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri bildirib. O qeyd edib ki, Həcc ziyarətinin iyunun 24-dən iyulun 20-nə qədər olan müddətdə həyata keçirilməsi gözlənilir.
Qeyd edilib ki, bu il Azərbaycana 680 nəfərlik kvota verilib.
Həcc ziyarətinin qiyməti təqribən 9100 manat təşkil edir.