“Heç nə hiss etmirəm” – Putin burun peyvəndi üzrə könüllü oldubackend

“Heç nə hiss etmirəm” – Putin burun peyvəndi üzrə könüllü oldu

Rusiya Prezidenti Vladimir Putin “Sputnik layt” vaksini ilə koronavirusa qarşı təkrar peyvənd olunduğunu bildirib.

Hokm,az Redaktor.az-a istinadla xəbər verir ki, dövlət başçısı prosedurdan sonra özünü yaxşı hiss edir.

“Bu gün sizin, həmkarlarınızın tövsiyəsi ilə mən “Sputnik layt”la daha bir dəfə peyvənd edildim. Artıq bu, revaksinasiya adlanır”, – dövlət başçısı tibb işçiləri ilə söhbətində bildirib.

“Ağrısızlığa gəlincə, bunu iki saat əvvəl mənə etdilər. Amma heç nə hiss etmirəm, səhhətim normaldır, hər şey yaxşıdır”, – Putin deyib.

Rusiya lideri həmçinin SARS-CoV-2-yə qarşı burun peyvəndinin istifadəsi üzrə eksperimentdə iştirak etmək üçün könüllü olub.

  •  (1)
  •  (1)