“Heç kim ərimi əlimdən ala bilməz” – Yelena Zelenskayabackend

“Heç kim ərimi əlimdən ala bilməz” – Yelena Zelenskaya

“Heç kim ərimi əlimdən ala bilməz”.

Hokm.az musavat.com-a istinadən bildirir ki, bu sözləri Ukraynanın birinci xanımı Yelena Zelenskaya ICTV kanalına verdiyi müsahibəsində jurnalistin “müharibə ərinizi, demək olar ki, əlinizdən alıb” sualını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, müharibə başlayandan bəri həyat yoldaşı, Ukrayna Prezidenti Volodimir Zelenski ilə bir-birlərini, demək olar ki, görməyiblər, indi isə televiziya efirində olsa da görüşmək fürsətləri yaranıb.

“Heç kim, hətta müharibə ərimi əlimdən ala bilməz. Amma bəli, o, iş yerində yaşayır. Onu, demək olar ki, görmürük. İki ay yarımdır, ümumiyyətlə bir-birimizi görmürük, elə deyilmi?” – deyə Y.Zelenskaya həyat yoldaşından soruşub.
Ətraflı

Volodimir Zelenski xanımının dediyini təsdiqləyib.

Y.Zelenskaya bu müddət ərzində ancaq telefonla danışdıqlarını bildirib. Bugünkü görüşlərini isə “efirdə görüş” adlandırıb.

O, həmçinin həyat yoldaşına müraciət edərək bu müddət ərzində nə qədər dəyişdiyini soruşub. V.Zelenski isə onun əla göründüyünü vurğulayıb.

“Yəni dayanırıq, hər şey qaydasındadır, ailəmiz də qaydasındadır. Təəssüf ki, biz bütün ailə ilə oturub nahar edə, hər şeyi danışa bilmirik…” – deyən birinci xanım Ukraynada bir-birlərindən ayrı düşmüş, qohumlarını gözləyən bütün ailələr kimi yenidən birləşəcəkləri günü gözlədiyini deyib.

  •  (0)
  •  (0)