“Heç kəsi tutmayın, çörək, süd alın”- Prezidentdən maraqlı tövsiyəbackend

“Heç kəsi tutmayın, çörək, süd alın”- Prezidentdən maraqlı tövsiyə

“Heç kəsi tutmayın, çörək, süd alın”- Prezidentdən maraqlı tövsiyə

Belarus Prezidenti Aleksandr Lukaşenko növbəti dəfə maraqlı çıxışı ilə gündəmə gəlib.

Hokm.az Cebhe.info-ya istinadən xəbər verir ki, o, koronavirusla mübarizədə hüquq-mühafizə orqanlarının üzərinə böyük yük düşdüyünü bildirib.

Qeyd edib ki, milis əməkdaşları köməksız qocalara ərzaq almalıdır: “Heç kəsi tutmaq, qorxutmaq lazım deyil. İnsanlara, xüsusilə də qocalara məsləhət vermək lazımdır. Kiməsə lazımdırsa, mağazadan çörək, süd alıb verin”.

Prezidentin sözlərinə görə, milisin bütün çatışmazlıqlarına baxmayaraq ölkə və insanlar onların köməyi olmadan keçinə bilməz: “Ölkəmizdəki stabilliyi də onlarsız təmin edə bilmərik”.

Xatırladaq ki, Belarusda koronavirusa yoluxmaya dair 10 fakt qeydə alınıb.

  •  (0)
  •  (0)