“Heç bir yaxşı xəbər yoxdur, onların nə etmək istədiyini bilirik” – Zelenski PLANI AÇIQLADIbackend

“Heç bir yaxşı xəbər yoxdur, onların nə etmək istədiyini bilirik” – Zelenski PLANI AÇIQLADI

“Hələlik heç bir xoş xəbər yoxdur”.

Hokm.az azxeber.com-a istinadən xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Kiyev və Çerniqova hücumlarını azaltmaq qərarına baxmayaraq, hələ də hücumlarını davam etdirdiyini bildirib.

Zelenski Ukrayna ərazisinin hər qarışı üçün mübarizəyə davam edəcəklərini bildirib:

“Bəli, davam edən danışıqlar prosesi var. Amma bunlar boş danışıqlardır. Hələlik heç bir xoş xəbər yoxdur. Rusiya qoşunlarının Kiyev və Çerniqovdan çıxarılması ilə bağlı başqa sözlər də var. Rus qoşunları Donbasda yeni hücumlar üçün toplanır və biz buna hazırlaşırıq. Biz hər qarış torpağımızın uğrunda mübarizə aparacağıq”.

Zelenski ABŞ prezidenti Co Baydenlə görüşdüyünü də bildirib:

“ABŞ prezidenti Baydenlə görüşüm oldu. Bir saat çəkdi. Mən ABŞ-a yeni 1 milyard dollarlıq humanitar yardım paketi və 500 milyon dollarlıq birbaşa büdcə dəstəyinə görə təşəkkür etdim. Biz ABŞ-ın prinsipial dəstəyinə sahibik. Azadlıq uğrunda birgə mübarizə aparmaq istəyiriksə, tərəfdaşlarımızla hər zaman məsləhətləşməliyik”.

  •  (0)
  •  (0)